Baş həkim ana ölümünün səbəbini açıqladı
Bunu AzVision.az -a Gəncə şəhər Regional Perinatal Mərkəzin baş həkimi Təranə Həsənova xəstəxanada doğuş zamanı həyatını itirən 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızının ölüm səbəbindən danışarkən deyib.
Həkim bildirib ki, doğuşa başlamazdan öncə qadın həyatını itirib :
-10 dəqiqə içərisində qadın vəfat etdi. Bu zaman doğuş baş verməyib. Ölüm səbəbini biz də bilmirik. İldə 4 mindən artıq doğuş qəbul etmişik, ölüm halının baş verməsi ilk dəfədir.
Şahanə Rəhimli