Rezidenturaya qeydiyyat başa çatdı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Ayrılan müddət ərzində rezidenturaya qəbul olan 504 nəfərdən 496 nəfəri müvafiq sənədlərini təqdim edərək qeydiyyatdan keçiblər. 8 nəfər qeydiyyat prosesində iştirak etməyib.
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.
AzVision.az