Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır
  20 Dekabr 2017    Oxunub:2622
Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır.

“Rus bölməsində təhsil alan şagirdlərdən 291 nəfəri xarici vətəndaşdır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində digər əcnəbi dillər sadəcə olaraq, əsas və II xarici dil kimi tədris edilir. Əsas xarici dil kimi ingilis, rus, alman və fransız dilləri I-XI siniflərdə, II xarici dil kimi isə ingilis, fransız, alman, rus, fars, ərəb və yapon dilləri V-X siniflərdə tədris edilir. Eyni zamanda, BŞTİ-nin tabeliyində olan 34 məktəbdə “Rus dilinin intensiv tədrisi” layihəsi (yəni həmin məktəblərdə əsas xarici dillə yanaşı, I-IX siniflərdə II xarici dil kimi rus dili tədris edilir) həyata keçirilir” - nazirliyin məlumatına qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Rus-dili  





Xəbər lenti