Bəşər Əsəd: `Mən səhv etmişəm`

Bəşər Əsəd: `Mən səhv etmişəm`
  07 Oktyabr 2013    Oxunub:1078
"Bəzən prezident də səhv edir".
Səhv etdiyini etiraf edən prezident Suriyanın dövlət başçısı Bəşər Əsəddir. Almaniya mətbuatına müsahibəsində o bildirib ki, ölkəsində baş verənlərdən narahatdır. Kütləvi qırğın silahının istifadəsi ilə də bağlı danışan prezident BMT-nin məruzəsində şübhəli məqamların çoxluğuna diqqət çəkib. Əsəd münaqişənin həlli üçün Almaniyanın vasitəçı olmasını da istəyib.

Lakin Berlin təklifə dərhal "yox" cavabı verib. Xarici Işlər naziri Gido Vestervelle qeyd edib ki, Almaniya münaqişənin həllində Ərəb Ölkələri Liqası və BMT kimi vasitəçiləri yetərli hesab edir. Bu arada Böyük Britaniya mətbuatı Suriyada kimyəvi silahların məhvinə başlandığını iddia edib. Bildirilib ki, bütün zəhərli silahlar vahid mərkəzə daşınır və burda da məhv ediləcək.


Teqlər:  





Xəbər lenti