“Turkel” TV-nin qurucularından biri istefa verdi

“Turkel” TV-nin qurucularından biri istefa verdi
  01 Noyabr 2013    Oxunub:1728
Tovuzun “Turkel” TV-nin qurucularından olan, telekanalın Xəbərlər Departamentinin direktor müavini Rahim İbrahimoğlu vəzifəsindən istefa verib
AzVision.az-a bu haqda məlumat verən R.İbrahimoğlu kanaldan getməsinin səbəbini açıqlayıb. O televiziya rəhbərliyi ilə hər hansı bir problemin olmadığını qeyd edib:

“Turkel TV rəhbərliyi və kollektivi ilə heç bir problemim olmayıb. İşlədiyim 3 il ərzində işimdə də ciddi nöqsanlara yol verməmişəm. Əksinə, televiziyanın hazırkı xəbər proqramının formalaşmasında, yeni kadrların iş potensialının üzə çıxarılmasında və onlara fəaliyyətlərini düzgün qurmaları üçün istiqamət vermişəm. Fəaliyyətim dövründə töhmət, xəbərdalıq almamışam, işimi həmişə yüksək səviyyədə tutmağa çalışmışam. Sadəcə rəhbərlik belə məsləhət gördü ki, işdən uzaqlaşım. Ərizəmi öz istəyimlə rəhbərliyə təqdim etmişəm. Onu deyə bilərəm ki özümə doğma bildiyim telekanalın uğurlarına həmişə sevinəcəm. İş yoldaşlarıma isə uğurlar arzulayıram. Gələcək faəliyyət planım haqda onu deyə bilərəm ki, karyeramı paytaxt televiziyalarının birində davam etdirəcəm. Bunun üçün qarşımda heç bir maneə yoxdur. Deyə bilərəm ki, işsiz deyiləm”.

Qeyd edək ki, Rahim İbrahimoğlu 2010-cu ilin iyunundan, “Turkel TV” yaranan gündən xəbərlər departamentində işə başlayıb. Bir müddət sonra İdman Departamentinin rəhbəri, bu günkü günə qədər isə Xəbərlər Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti