Prezidentin sözü yerə düşdü

Prezidentin sözü yerə düşdü
  07 Mart 2013    Oxunub:1456
Misir prezidenti Məhəmməd Mursinin apreldə parlament seçkisi keçirmək barədə qərarı ləğv edilib.
Yerli administrasiya məhkəməsinin qərarına görə, prezidentin seçki qərarına əvvəlcə Konstitusiya məhkəməsi baxmalı və müvafiq qərar qəbul etdikdən sonra parlament seçkiləri keçirilməlidir. Ölkə müxalifəti də məhkəmənin qərarından razı qalıb. Məhəmməd Baradeyi bildirib ki, seçki nəinki təxirə salınmalı, ümumiyyətlə ləğv edilməlidir.

Müxalifət hesab edir ki, bu seçkidə proses bilərəkdən elə qurulub ki, parlamentdə Mursini dəstəkləyən islamçılar çoxluq təşkil etsin. Ölkə prezidenti isə ittihamları rədd edir. Qeyd edək ki, Mursi parlament seşkilərinin aprelin 22-də keçiriləcəyini bəyan etmişdi. O bildirib ki, bütün Misir ərazisinə eyni vaxtda müşahidəçi göndərmək mümkün olmadığı üçün seçki 4 mərhələdə baş tutmalıdır.


Teqlər:  





Xəbər lenti