Ruslar Ukraynanın Prezident Briqadasının hərbçilərini əsir götürüblər

Ruslar Ukraynanın Prezident Briqadasının hərbçilərini əsir götürüblər
  04 Dekabr 2024    Oxunub:355
Ukrayna Silahlı Qüvvələrinin (VSU) xüsusi prezident briqadasının 7 əsgəri qondarma Donetsk Xalq Respublikasının ("DXR") Velikaya Novoselka bölgəsində təslim olublar.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Zelenski 630 əsirdən imtina edib" - Zaxarova
Ukrayna hərbçilərinin sözlərinə görə, əsgərlər ruslar onların mövqelərinə daxil olduqdan sonra silahları yerə qoyaraq təslim olmaq qərarına gəliblər.

"Hazırda hərbi əsirlər təhlükəsiz yerdədirlər və onlara lazımi köməklik göstərilir", - nəşr yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti