Arktikanın buz qatı 3 ildən sonra itə bilər

Arktikanın buz qatı 3 ildən sonra itə bilər
  04 Dekabr 2024    Oxunub:378
Arktika üç il ərzində tamamilə buzdan təmizlənə bilər ki, bu da planetin sakinlərinin “məşum dövr”lə üzləşməsi təhdidini yaradacaq.
AzVision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, alimlərin kompüter simulyasiyaları vasitəsilə apardıqları araşdırmalara əsasən, 300 hadisədən doqquzunda nəticələr Arktikada buz örtüyü olmayan ilk günün insanın sonrakı fəaliyyətindən asılı olmayaraq üç il ərzində yetişə biləcəyini göstərib.

Həmçinin, eyni tədqiqatların nəticələrinə əsaslanaraq, alimlər Arktikada buzsuz ilk günün istixana qazlarının miqdarından asılı olmayaraq, 9-20 il ərzində meydana gələcəyinə zəmanət verildiyini proqnozlaşdırdılar.

Alimlər bu ssenariləri araşdıraraq müəyyən ediblər ki, bir sıra ekstremal hava hadisələri qısa müddətdə 1 milyon 200 min kvadrat kilometrdən çox buz əridib.

Açıqlanan məlumata görə, iqlimin istiləşməsi buzların əriməsinə ciddi təsir göstərir. Beləliklə, 2022-ci ilin martında Arktikanın bəzi ərazilərində temperatur normadan 10 dərəcə yüksək olub, cari il isə tarixin ən isti illərindən biri ola bilər.

Alimlər Arktika buzlarının yox olmasının hava şəraitinin dəyişməsi səbəbindən Yerin ekosisteminə və iqliminə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini vurğulayırlar. Məsələn, buzdan təmizlənmiş Arktika İtaliyanın cənubunda temperaturun -20 dərəcəyə enməsinə və ya Skandinaviyada meşə yanğınlarına səbəb ola bilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Arktika   buzluq   ərimə  





Xəbər lenti