Şagirdlərin cəzasını valideynləri çəkəcək

Şagirdlərin cəzasını valideynləri çəkəcək
  07 Mart 2013    Oxunub:1258
İrlandiya məhkəməsi qeyri-adi qərar verib.
Dublin məhkəməsinin hakimi Alan Mitçel məktəbə getməyən və dərs vaxtı dəhlizlərdə gəzən məktəbliyə görə cəzanın valideynlərinin çəkməsini tələb edib. Buna səbəb isə məktəbin məhkəməyə müraciəti olub. İşlə tanış olan hakim isə bildirib ki, burda uşağın heç bir günahı yoxdur.

Belə ki, Mitçel hesab edir ki, bu günə qədər dərs buraxan şagirdə görə məktəb bir neçə dəfə valideynlərə xəbərdarlıq edib. Lakin hər dəfə işlərinin çox olduğunu bəhanə edən valideynlər məktəblə əlaqə saxlamaqdan imtina edib.

Belə olan halda isə hakim cəzanın valideynlərə verilməli olduğunu qət edib. Məsələnin ən maraqlı tərəfi isə budur ki, cəzanın seçilməsini Alan Mitçel şagirdin öhdəsinə buraxıb.


Teqlər:





Xəbər lenti