Boksçumuz 1/4 finalda erməniylə qarşılaşacaq

Boksçumuz 1/4 finalda erməniylə qarşılaşacaq
  13 Noyabr 2013    Oxunub:1370
Daha iki Azərbaycan boksçusu Avropa birinciliyinin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, milli komandamızın daha üç üzvü rinqə çıxıb. Yarışda 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov ilk görüşdə İngiltərə idmançısı Konnor Batleri məğlub edir. Boksçumuz 1/4 finalda Ermənistan nümayəndəsi Sergey Getevonyanla qarşılaşacaq.

Tayfur Əliyev (52 kq) də ilk görüşünü qələbə ilə başa vurub. Həmyerlimiz rumıniyalı Marian Ruta üzərində çətin qələbə qazanıb. T.Əliyev 1/4 finalda macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək.

İsmayıl Hüseynov (63 kq) isə İrlandiya təmsilçisi Cohn Coyza uduzaraq yarışla vidalaşmalı oldu.

Qeyd edək ki, noyabrın 16-dək davam edəcək yarışda millimiz baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Hüseyn Bağırov və Təvəkkül Məmmədovun rəhbərliyi altında çıxış edir. Avropa birinciliyində 13 yeniyetmə boksçumuz gücünü sınayır.


Teqlər:





Xəbər lenti