Millimiz Estoniya ilə oyuna ciddi hazırlaşır

Millimiz Estoniya ilə oyuna ciddi hazırlaşır
  13 Noyabr 2013    Oxunub:1474
Vaqif Cavadov: "Son qolumuzu mən vurmuşam və yenidən fərqlənmək istərdim".
"Son qolumuzu mən vurmuşam və yenidən fərqlənmək istərdim". AzVision.az xəbər verir ki, Azərbaycan milli komandasının bu gün keçirilmiş mətbuat üçün açıq məşqində komandanın üzvü Vaqif Cavadov deyib: "Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Son qolumuzu mən vurmuşam və yenidən fərqlənmək istərdim. Ancaq kimin qol vurmasının fərqi yoxdur. Hələ Estoniya yığması ilə oyunun taktikasını müzakirə etməmişik. Amma bilirəm ki, seçmə mərhələdə zəif çıxış ediblər. Bununla belə, rəqib mübarizəni sevən komandadır".

Millinin digər üzvü Ruslan Abışov qeyd edib ki, artıq ilin son oyunlarıdır. Estoniya millisi güclü komandadır: "Qırğızıstan yığması haqda isə elə də məlumatım yoxdur. Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm".

Qeyd edək ki, millimiz noyabrın 15-də Estoniya, 19-da isə Qırğızıstanla yoldaşlıq oyunu keçirəcək.


Teqlər:





Xəbər lenti