Boksçumuz ermənini məğlub etdi

Boksçumuz ermənini məğlub etdi
  14 Noyabr 2013    Oxunub:1357
Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi.
Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində günorta proqramının döyüşləri başa çatıb.

AzVision.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın 2 üzvü görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb.
46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Ermənistan boksçusu Sergey Getovonyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz yarımfinalda Gürcüstan təmsilçisi Giorgia Çarqazia ilə qarşılaşacaq.

Ümid Rüstəmov da (50 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı Avropa birinciliyinin bürünc medalını özünə təmin edib. Boksçumuz ¼ finalda macarıstanlı Mate Çazçarı üstələyib - 3:0. Ü.Rüstəmovun növbəti rəqibi irlandiyalı Patrik Kleari olacaq.

Axşam proqramında isə daha 2 boksçumuz rinqə çıxacaq.


Teqlər:





Xəbər lenti