14 yaşlı azərbaycanlı Kanadanı heyran qoyub

14 yaşlı azərbaycanlı Kanadanı heyran qoyub
  15 Noyabr 2013    Oxunub:2469
14 yaşlı azərbaycanlı Elman Hüseynov hokkey oyununun ən çox inkişaf etdiyi Kanadada idmanın bu növü üzrə ciddi uğurlar qazanmaqdadır. Elman Hüseynov Bakıda doğulub. 5 yaşından Moskvada hokkey oynamağa başlayıb. Son 4 ildə isə Kanadanın Toronto şəhərində yaşayır. Burada təhsil alır və hokkey oynayır.

Yaşının az olmasına baxmayaraq, o, Silver Stik mükafatçısıdır. 2012/2013-cü il mövsümündə 25 şayba vuraraq 42 məhsuldar ötürmə ilə Toronto liqasının ən sərrast hokkeyçisi, Şərqi Toronto çempionu və Böyük Torontonun gümüş mükafatçısı seçilib. Bu il Elmanın aktivinə daha bir mükafat - adlı qızıl çempion üzüyü əlavə olunub. Üzüyü ona Toronto Hokkey Federasiyası təqdim edib.

Hələ çox gənc olmasına baxmayaraq, Kanadanın, Rusiyanın güclü komandaları Elmanla maraqlanırlar. Lakin Elmanın ən böyük arzusu Azərbaycanın milli hokkey formasını geyinməkdir.

Вu il Elman Hüseynovun çıxış etdiyi “Toronto Royals” komandası 5-0 hesabı ilə “Devid Diavols” komandasını səkkizdəbir finalda böyük üstünlüklə udub. Hüseynov iki şayba vuraraq bir məhsuldar ötürmə ilə bu oyunun ən yaxşısı seçilib.




Teqlər:  





Xəbər lenti