Dostluq qələbə çaldı
AzVision.az xəbər verir ki, oyun qarşılıqlı hücum şəraitində keçib. Çoxlu sayda təhlükəli məqamların olmasına baxmayaraq, Azərbaycan futbolçuları rəqiblərin qapısından top keçirə bilməyiblər.
Nəticədə oyun 0:0 hesabı ilə başa çatıb.
Komandalar aşağıdakı tərkibdə meydana çıxdılar.
Qırğızıstan komandası: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiyev, Davron Əsgərov, Fərrux Abitov, Vadim Xarçenkio, Klod Maka Kum, Anatoli Vlasiçev, Əhləddin İsrailov, Xurşit Lutfullayev, Devid Bryus Tette.
Azərbaycan komandası: Səlahət Ağayev, Mahir Şükürov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Elnur Allahverdiyev, İlter Taşkin, Bədəvi Hüseynov, Rauf Əliyev.
Matçı Artyom Kuçinin başçılığı ilə Qazaxıstandan arbitrlər briqadası oyunu idarə edirdi.