Birinci gündən medal
Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, 66 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Nicat Şıxalizadə Sloveniya, Britaniya və İspaniya təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Mixael Pulyayevlə qarşılaşmış və gümüş medal qazandı. 60 kiloqram çəkidə Orxan Səfərov isə tatamidə Əlcəzair, Braziliya və Almaniya təmsilçilərinə qalib gələrək bürünc medala sahib olub.
Abu-Dabi Qran-Prisində 35 ölkədən 236 cüdoçu mübarizə aparır. Millimiz hazırda komanda hesabında 7-ci yerdədir.
Teqlər: