Möhtəşəm yarışın son günü – QALİBLƏR, FOTOLAR

Möhtəşəm yarışın son günü – QALİBLƏR, FOTOLAR
  24 Noyabr 2013    Oxunub:1670
Bakıda GT3 dünya avtomobil yarışının qalibləri müəyyənləşib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, yarışlarda birinci yerə Belçikadan Stefan Ortelli, Lournes Vantor (Audi), ikinci yer Fransadan Rob Bell, Kevin Estre (Mclaren), üçüncü yeri Almaniyadan Maksimilan Buk, Alon Day (Mercedes) layiq görülüblər. Birinci yer üçün 100 min avro, ikinci yer üçün 50 min avro, üçüncü yerə görə 25 min avro məbləğində mükafat verilib.

S.Ortelli bildirib ki, yarış gərgin mübarizə şəraitində keçdi: "Qalib olmaq üçün böyük əmək sərf etdik. Yarışda yollar əlverişli idi".

Qeyd edək ki, yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilib.

Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar bu gün final mərhələsində birinci yer uğrunda mübarizə apariblar.

Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başlayıb. Yarışa WRT, Sebastien Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının, müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri ilə start verilib.

Xatırladaq edək ki, yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımı saytımızda da nümayiş edilib. Ümumilikdə isə turnur dunyanın 175 televiziya kanalı ilə nümayiş etdirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti