Məmmədyarov Davudoğlu və Lavrovla Qarabağı müzakirə edib

Məmmədyarov Davudoğlu və Lavrovla  Qarabağı müzakirə edib
  05 Dekabr 2013    Oxunub:1167
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiyevdə baş tutan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Nazirlər Şurasının toplantısında Türkiyə və Azərbaycanın xarici siyasət rəhbərləri ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edib, regional proseslərə dair fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin, Azərbaycanla Türkiyənin Gürcüstan və İranla apardıqları üçtərəfli əməkdaşlıq da müzakirə olunub.

Nazirlərin görüşündə Dağlıq Qarabağ problemi də müzakirə edilib.

Türkiyə-Azərbaycan-Gürcüstanla üçtərəfli görüşün yanvar ayında keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, Davudoğlu bu gün səhər saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb. Görüş zamanı Dağlıq Qarabağ məsələsi başda olmaqla, üzunmüdədtdir öz həllini tapmayan regional münaqişələr müzakirə mövzusu olub.

Mirvari



Teqlər:  





Xəbər lenti