Məmmədyarov Avropa İttifaqının nümayəndəsilə görüşdü
Görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar və iki ölkə prezidentlərinin son görüşü haqda qarşı tərəfə məlumat verib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha diqqətə çatdırılıb.
Filipp Lefort Aİ-nin münaqişənin həlli ilə əlaqədar tərəflərə dəstək verməyə hazır olduğunu və etimad tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar AR-in Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun təşviq edilməsinin əhəmiyyətini qeyd edib.
Teqlər: