Koişiro Matsuura: sessiyada bütün məsələlər inkişaf naminə olub

Koişiro Matsuura: sessiyada bütün məsələlər inkişaf naminə olub
  08 Dekabr 2013    Oxunub:1533
Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Qobustan qədim dünya mədəniyyətinin maraqlı nümunələrindəndir.

AzVision.az xəbər verir ki, bu sözləri Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının sonuncu günündə UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura jurnalistlərə müsahibəsində deyib.

O, bildirdi ki, Komitənin 8-ci sessiyasının işi çox uğurlu və məhsuldar keçib. Bir çox ölkələr üçün müsbət nəticələr əldə olunub Azərbaycan hökuməti tərəfindən tədbir çox yüksək səviyyədə təşkil olunub.

Koişiro Matsuura dedi: “UNESCO ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə daim diqqət göstərən Prezident İlham Əliyevə, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Sessiyada müzakirə olunan bütün məsələlər inkişaf naminə olub. Komitə üzvləri dəyərli çıxışlar edib, müzakirə olunan məsələlərə ciddi yanaşıbşlar”.

Azərbaycana hələ ilk səfərində bu ölkənin sürətli inkişafını müşahidə etdiyini deyən UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura hər dəfə respublikamıza gələndə böyük yeniliklərin, o cümlədən möhtəşəm tikililərin, abadlıq işlərinin şahidi olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti