Asəf Quliyevdən Milli Şuraya növbəti zərbə
Son günlər ona qarşı ünvanlanan ittihamlara cavab verən keçmiş cəbhəçi istefa verdiyi üçün özünə haqq qazandırıb.
“Mən o insanları başa düşürəm və zamanla öz əməlimlə sizə içinizdəki o mənfi fikirlərin yalnış olduğunu sübut edəcəm. Artır istefamdan iki ay keçir. Çox məsələlərə aydınlıq gəldi hadisələr duruldu”.
A.Quliyev daha sonra Milli Şuradakı istefaları da qınayıb. O, Milli Şuranın hakimiyyət qarşısında mübarizə aparmaq iqtidarında olmadığını deyib.
“Milli Şuranın aparıcısı da, digər üzvləri də istifa verdi. Artıq son günlər baş verən siyasi proseslərdə göstərdi ki, hakimiyyətə qarşı mübarizə Milli Şura formatında birləşmək özünü aldatmaqdan başqa bir şey deyil. Bunu öncədən bir çoxları bilirdi, eləcə də mən. Düşünürəm zaman hər şeyim qiymətini verəcək”.
Rüstəm İsmayılov