Gülər Əhmədovanın taleyi sual altındadır – Vəkil

Gülər Əhmədovanın taleyi sual altındadır – Vəkil
  09 Dekabr 2013    Oxunub:1700
Həbsdə olan sabiq deputat Gülər Əhmədova vəkili Əfsər Talıbovla görüşüb.

Bu barədə AzVision.az-a vəkil özü məlumat verib. Eks-deputatla şənbə günü görüşdüyünü deyən vəkil G.Əhmədovanın səhhətinin hələ də narahat olduğunu deyib.

Ə.Talıbov müvəkklinin ümumrejimli cəzaçəkmə müəssisəsinə nə vaxt köçürüləcəyindən xəbərsiz olduqlarını bildirib.

“Şənbə günü görüşmüşük. Hökmlə bağlı müzakirələrimiz olub, amma hələ ki, hökm əlimizdə deyil, görək də nolacaq? Gülər xanım hazırda Bakı İstintaqTəcridxanasındadır,ümummumrejimli cəzaçəkmə müəssisəsinə nə vaxt köçürüləcəyi bəlli deyil. Səhhətində problemlər var, ən çox ürək ağrılarından şikayət edir. Həkim nəzarətindədir”.

Qeyd edək ki, Gülər Əhmədova barəsində çıxarılan məhkəmə hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Eks-deputatın həbs müddəti bu ilin fevralın 13-dən hesablanacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti