İlham Nağıyevin klubu rekorda imza atdı

İlham Nağıyevin klubu rekorda imza atdı
  16 Dekabr 2013    Oxunub:4117
İngiltərə futzal liqasının favoriti olan “Baku United” komandası 2013-cü ili rekord hesablarla başa vurub.

AzVision.az-ın məlumatına görə, ötən gün İngiltərənin güclü komandalarından biri hesab olunan “Vest London”u 12-2 hesabı ilə məğlubiyyətə uğradan “Baku United” futzal liqasının ən güclü klubu olduğunu bir daha göstərib.

“Baku United” 2013-2014 İngiltərə futzal liqası mövsümünün 4 ayı ərzində 7 oyun keçirib və bütün oyunlarda böyük xal fərqləri ilə rəqiblərini sıradan çıxarıb. Komanda İngiltərədə ən güclü qrup hesab olunan Cənub qrupunda oynayır. Bu qrupun qalibi adətən ölkə çempionluğuna ən real namizəd hesab edilir.

2012-2013 İngiltərə futzal liqasının qalibi olan “Baku United” növbəti mövsümdə də çempion titulunu əldə etmək niyyətindədir. Ölkə çempionu UEFA kuboku uğrunda oyunlara vəsiqə qazanır.
Xatırladaq ki, “Baku United”in əsas heyətinə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan Barselona komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular daxil edilib. İspaniyalı məşhur məşqçi Çama Himenez komandanın məşq qrafikini gücləndirib.
“Baku United” İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı tərəfindən yaradılıb. Komanda heyətinə azərbaycanlılarla yanaşı ispanlar, portuqallar, ingilislər, polyaklar, serblər daxildir.

Klubun prezidenti İlham Nağıyevdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti