Qazax sakini evində yanaraq öldü

Qazax sakini evində yanaraq öldü
  19 Dekabr 2013    Oxunub:880
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qazax rayonu, Kəmərli kəndində (rayon mərkəzindən 43 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunub. Evə bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti