Metroda həyəcan: bir neçə nəfər huşunu itirdi
Məlumata görə, 08:14-dən 08:39-a qədər hər iki istiqamətdə, həm Həzi Aslanov-Dərnəgül, eləcə də əks istiqamətdə ləngimələr olub. Bundan başqa, hər stansiyada qatar 6 dəqiqə ləngməli olub.
Sakinlər yaranmış sıxlıqdan həyəcan keçirib. İnşaatçılar və Xalqlar Dostluğu metrostansiyalarında bir neçə nəfərin huşunu itirdiyi deyilir.
Yaranmış vəziyyətlə bağlı rəsmi mövqe öyrənməyə çalışacağıq.
Xatırladaq ki, dekabrın 16-da Metropolitenin bütün buraxıcılıq imkanları səfərbər olunmaqla hərəkət xidmətində mütəxəssislərin hazırladıqları yeni qrafik qüvvəyə minib.
Xidmətin mühəndis və dispetçerlərinin xeyli vaxtdır üzərində çalışdıqları bu qrafikə görə, gur saatlarda xəttə qatarların sayı artırılıb. Əgər əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarda stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə ("28 May-Həzi Aslanov" sahəsində) çatdırılıb.
Günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.
AzVision.az