“İstəmirik başqa problemlər olsun” - EKSKLÜZİV
Bunu AzVision.az-a eksklüziv açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Nazirin sözlərinə, bayramqabağı təşkil olunacaq yarmarkalarda problemlərin olmaması üçün nazirlik tərəfindən ciddi tədbirlər həyata keçiriləcək.
“Bu il yarmarkaların təşkilində heç bir problem olmayacaq. Bununla bağlı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi ilə əlaqəli işləyirik, Hacıbala müəllimə də müraciət etmişik. Eyni zamanda, orada nəzarətin möhkəmləndirilməsi üçün həm inzibati qaydada, həm də tərəfimizdən tədbirlər görülür. Çalışacağıq ki, bu il fərqli olsun. Rəqabətimizi artıracağıq, girişi asanlaşdıracağıq. Çalışacağıq ki, başqa problemlər olmasın. Tamamilə islahat xarakterli yenilik isə növbəti illərdən olacaq”-deyə nazir bildirib.
Nihadə Eyyubova