Cəmil Quliyevlə bağlı şikayətə rəsmi REAKSİYA

Cəmil Quliyevlə bağlı şikayətə rəsmi REAKSİYA
  19 Dekabr 2013    Oxunub:1117
İctimai Televiziya və Radio Yayımları (İTV) şirkəti baş direktor Cəmil Quliyevin işdən azad etdiyi işçilərinin prezidentə müraciət edəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə reaksiya verib.

Telekanaldan AzVision.az-a verilən rəsmi məlumatda bildirilir ki, müraciətdə adları çəkilən şəxslər öz ərizələri ilə işdən çıxıblar.

“Vətəndaşların müraciəti ilə bağlı yalnız onu deyə bilik ki, bu, onların hüququdur, normal hüquqi dövlətdə yaşayırlar. Hara istəsələr, müraciət edə bilərlər. Bu, onların haqqıdır, bu haqqı heç kim ala bilməz. Lakin orada bir yalnışlıq gedib. Hesab edirəm ki, orada bilə-bilə o adamın adını yazıblar. Birincisi, İTV sədrinin ictimi-siyasi məsələlər üzrə direktor müavini Oktay Bayramov 2013-cü ilin sentyabrında öz ərizəsi ilə işdən çıxıb. Burada heç bir problem olmayıb. Ümumiyyətlə, işdən çıxan şəxslərin əksəriyyətində heç bir problem olmamışdı. Əgər bunlar jurnalistlərsə, öz ərizələri ilə işdən çıxırlarsa, sabah isə deyirlər ki, mənə zorla ərizə yazdırırlar, mən başa düşə bilmirəm o şəxsləri. . Yazmazdılar, gedərdilər və məsələni ictimaiyələşdirərdilər, lakin ərizə yazıb gedirlər, sonra isə başqa bəhanələr, səbəblər gətirirlərsə, bu bir az mən tərəfdən başa düşülən deyil”.

İTV-nin məlumatında həmçinin işçilərin müqavilə probleminə də aydınlıq gətirib.

“Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, şikayətdə 3 ay müddətinə əmək müqaviləsinin imzalanması göstərilir. Və vurğulanır ki, bu düzgün deyil. Minimumun bir il müddətinə bağlanmalı idi. Əmək Məcəlləsində müqavilənin bağlanması 3 il müddətinədək və ya qeyri-müddətə bağlanılması nəzərdə tutulur. Yəni 5 il müddətinə deyil. 5il müddətinədək. Əmək Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, sınaq müddəti aşağıdakı şəxslərə şamil olunmur. Bəndlərdən birində göstərilir ki, 2 aydan az müddətinə əmək müqaviləsi bağlamış şəxslərə. Bu o deməkdir ki, əmək müqaviləsi 2 aydan da az müdddətə bağlana bilər, 3 aydan da az müddətə. Yəni o, qeyri müddətə bağlana bilər. Bu, işə götürənin müstəsna hüquqdur. Hansı müddətə hesab edirsə, bağlana bilər, əgər işə götürülən həmin müddətə istəmirsə, təbbi ki, yazılı şəkildə etiraz edə bilər. İstəməsə, bu müqaviləni bağlamaz. Bu müqaviləni bağlayıblarsa, deməli həmin müqavilənin şərtləri ilə razılaşıblar. Razılaşmayıblarsa , işdən çıxıb gedəndən sonra, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən öz xoşu ilə ərizəni yazıb gedəndən sonra durub demək ki, məni işdən qovublar, bunu başa düşmək olmur”.

Qeyd edək ki, Aznews.az saytının verdiyi məlumata görə, baş direktor Cəmil Quliyevin İTV-yə direktor seçilməsindən sonra işdən uzaqlaşdırılan telekanal əməkdaşları Prezident İlham Əliyevə müraciət edəcəklər.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti