İçəri Şəhərə status verildi
statusu verilib
AzVision.az xəbər verir ki, gündəlikdə duran bir sıra məsələlər, o cümlədən İçəri Şəhər üçün xüsusi əhəmiyyət kəsb edən - gücləndirilmiş mühafizə statusunun verilməsi məsələsi öz əksini tapıb.Milli-mədəni irsimiz olan İçəri Şəhərə gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı sorğu 19 dekabr tarixində nəzərdən keçirilib və bununla bağlı müsbət qərar qəbul edilib. İçəri Şəhərlə bağlı müraciətin təqdimatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iclasda iştirak edən nümayəndə heyəti tərəfindən keçirilib.
Bu statusa malik mədəni obyektlər Konvensiya və onun İkinci Protokoluna qoşulmuş ölkələrin silahlı qüvvələri tərəfindən tanınan xüsusi emblem ilə nişanlanır və gücləndirilmiş mühafizə ilə təmin olunur.
AzVision.az