Nazir xocalıların ev problemini üzərinə götürdü
AzVision.az xəbər verir ki, bu barədə deputat facebook səhifəsində məlumat verib.
Q.Paşayevanın sözlərinə görə, Səlim Müslümov Xocalı sakinlərinin problemlərinin həllini öz üzərinə götürüb.
“Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla təxminən yarım saat Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərin problemlərini geniş müzakirə etdik. Onların bizimlə görüşündə xüsusi olaraq qaldırdıqları şəhid ailəsi statusundan tutmuş üzləşdikləri mənzil və işsizliklə bağlı problemlərinə qədər, yəni Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 gənclə görüşümüz zamanı onların səsləndirdiyi bütün problem və təklifləri cənab nazirlə ətraflı müzakirə etdik və cənab nazir bildirdi ki, bu məsələni şəxsən özünün nəzarətinə götürür və Xocalı Soyqırımı zamanı hər iki valideynini itirərək böyük ağrı-acılar yaşamış bu qardaş-bacılarımızın, yəni 25 nəfərin problemlərinin həlli istiqamətində işlər görüləcək. İnanıram ki, qısa zamanda Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş insanlarımızın üzləşdiyi problemlər və təklifləri yaxın zamanlarda öz həllini tapa biləcək. Cənab nazirə bu məsələnin müzakirəsi üçün geniş vaxt ayırdığı üçün təşəkkür edirəm”.
Sevinc İltifatqızı