“Rüşvət olayı Ərdoğanı çökdürəcək” - ŞƏRH

“Rüşvət olayı Ərdoğanı çökdürəcək” - ŞƏRH
  20 Dekabr 2013    Oxunub:1137
“Türkiyədə baş verən son olayların Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
Bu fikirləri politoloq Qabil Hüseynli Türkiyədə son günlər baş verən rüşvət və korrupsiya qalmaqalının əsl mahiyyətini AzVision.az-a şərh edərkən deyib.

Siyasi ekspertin sözlərinə görə, baş verənlər hadisələrdən sonra baş nazir Rəcəb Tayyib Ərdoğanı ciddi sınaqlaqlar gözləyir.
“Bu, Türkiyənin daxili işləridir və Ərdoğan hakimiyyətini qarşıda çox ciddi sınaqlar gözləyir. Çünki, hakimiyətin daxilində çox böyük məbləğdə korrupsiya və rüşvətxorluq əlamətləri üzə çıxıb. Təxminən 10-a yaxın nazirin istefası gözlənilir. Həmçinin bundan əlavə Türkiyədə Nazirlər Kabinetinin yeni təşkil ediləcəyi gündəmdədir”.
Politoloq hesab edir ki, qardaş ölkədəki rüşvət olayları və həbslər martda keçiriləcək parlament seçkiləri ərəfəsində AKP-ni kökündən sarsıdacaq.

“Bütün bu hadisələr mart ayında keçiriləcək yerli seçkilər ərəfəsində AKP partiyasının seçki strategiyasına ciddi zərbə vuracaq. Hesab edirəm ki, bu olaylar Ərdoğan hakimiyyətini sarsıdacaq”.

Ərdoğanın hakimiyyətdən getməsinə gəlincə, politoloq vurğulayıb ki, gələcək parlament seçkilərində də hər şey ola bilər.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti