Marqvelaşvilinin Bakı səfəri gələn ilə qaldı - ÖZƏL

Marqvelaşvilinin Bakı səfəri gələn ilə qaldı - ÖZƏL
  20 Dekabr 2013    Oxunub:1142
Gürcüstanın prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana səfərinin rəsmi vaxtı təsdiq edilməyib.

Bunu AzVision.az-a açıqlamasında Gürcüstanın Vahid Milli Hərakatı partiyasının azərbaycanlı deputatı Azər Süleymanov deyib.

O Gürcüstan prezidentinin Bakıya səfərinin yanvar ayında nəzərdə tutulduğunu qeyd edib.

Deputatın sözlərinə görə, protokolda Marqvelaşilinin ilk rəsmi səfərini Azərbaycana edəcəyi nəzərdə tutulub:

“Əslində Marqvelaşvili bu həftə Azərbaycana getməli idi. Amma müəyyən tədbirlər səbəbindən bu alınmadı. Mümkündür ki, yanvar ayının birinci, ya da ikinci həftəsində Bakıya getsin. Marqvelaşviliylə birgə Gürcüstanın parlament sədri də Azərbaycana səfər edəcək. Dəqiq deyil, amma mümkündür ki, bu səfər yanvarın 11-də baş tutsun”-deyə, A.Süleymanov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti