İsa Qəmbərin müşaviri istefa verdi

İsa Qəmbərin müşaviri istefa verdi
  20 Dekabr 2013    Oxunub:1063
Müsavat başqanı İsa Qəmbərin xanım müşaviri Yeganə Hacıyeva partiya sıralarından istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə o facebook səhifəsində məlumat yayıb.

Y.Hacıyeva bu qərarına görə, ittihamlara cavab vermək niyyətində olmadığını bildirib.

“Bir neçə həftədir hər şey barədə ətraflı düşünmək imkanım oldu və düşündüm. Yaşadığımız siyai hadisələri analiz etdim. Nəhayət qərar aldım ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır. Çox təəssüf olsun ki, uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edə bilmirəm. Bu gündən müstəqil olduğumu bəyan edirəm. Bu başdan bəyan edirəm ki, heç bir ittihama cavab vermək fikrim yoxdur”.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti