AXCP də İbrahimbəyova ETİRAZ etdi

AXCP də İbrahimbəyova ETİRAZ etdi
  20 Dekabr 2013    Oxunub:1060
AXCP sədrinin müşaviri Zərifə Məhəddinova Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun cavabını verib.

AzVision.az-ın məlumatına görə, AXCP rəsmisi İbrahimbəyovun «Kim Milli Şuraya qarşıdırsa hökumətə işləyir» fikrinə etiraz edib.

“Milli Şura yarananda Rüstəm İbrahimbəyovu dəsətkləmişəm. Lakin onun bu fikirlərini bəyənmirəm və alqışlamıram. Əslində heç inanmıram ki, o belə bir fikir ortaya qoysun. Milli Şura üçün əvvəlcədən toxunulmazlıq status əldə etməyə çalışırlar. Rüstəm bəy ziyalıdır, lakin peyğəmbər deyil. Və söylədiyi fikir də Quran ayəsi deyil. Müzakirə edilə bilər”-deyə xanım siyasətçi vurğulayıb.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti