Zakir Həsənov Naxçıvanda yeni ordu yaratdı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasında 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bunun yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsidir.
Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə həvalə olunub.
Sevinc İltifatqızı