Əli Abbasov vətəndaşları qəbul etdi
AzVision.az xəbər verir ki, Şamaxı Telekommunikasiya Qovşağında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 50 nəfərədək vətəndaşın müraciətinə baxılıb.
Nazir Əli Abbasov qəbula gələn hər bir vətəndaşı diqqətlə dinləyib. Müraciətlər əsasən işlə təminat, işə bərpa, yeni yaşayış massivlərinin telefonla təminatı, internetlə bağlı problemlər, ucqar kəndlərin yüksək sürətli internetlə təmin olunması və s. məsələlərlə əlaqədar olub.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilmiş, bəziləri isə araşdırılmaq üçün qeydiyyata götürülüb.
Qəbula gələnlər yaradılmış şəraitindən razılıqlarını bildiriblər.
Əli Abbasov həmin gün Ağsu rayonunun ərazisindəki Azərbaycanda ikinci ən güclü stansiya - 14 rayonu əhatə edən “Gülüstan” radio-televiziya yayım stansiyasına baş çəkib. Nazir burada əməkdaşların iş şəraiti və stansiyanın texniki vəziyyəti ilə yaxından tanış olub.
Teqlər: