Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi

Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
  22 Dekabr 2013    Oxunub:1016
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin baş idarəsində tərbiyə işinin təşkili sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildiriblər ki, Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun sədrliyi ilə keçən müşavirədə baş idarənin məsul əməkdaşları, tabeli qurumların tərbiyə işləri üzrə rəis müavinləri, tərbiyə işinin təşkili şöbələrinin rəisləri iştirak ediblər.

Müşavirədə penitensiar müəssisələrdə tərbiyə işinin təşkilində islah vasitələri və onların tətbiqi üsulları, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində, cəzaçəkmə müəssisəsinin növünün yüngülləşdirilməsində, obyektivliyin və şəffaflığın təmini, tərtib olunan mülahizələrlə bağlı tələblərə riayət olunması, o cümlədən cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinin təşkilindəki nöqsanlar və onların aradan qaldırılması yolları, eləcə də özünə xəsarət yetirmə və intihara cəhd faktlarının təhlili, onları doğuran səbəblər müzakirə edilib.

Qeyd olunmuşdur ki, ölkəmizin iqtisadi, siyasi, mədəni və hüquqi mövqelərinin dünya dövlətləri sırasında durmadan yüksəldiyi bir dövrdə, ədliyyə orqanları dövlət idarəçiliyi sistemində, eləcə də ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyinin struktur qurumu olmaqla, dövlətimizin cəza-icra siyasətinin həyata keçirilməsində xüsusi rolu olan Penitensiar Xidmətin fəaliyyətinin əsas göstəricisi məhz məhkumların cəzalarını çəkdikdən sonra cəmiyyətə fiziki, mənəvi cəhətdən yararlı və sağlam düşüncəyə malik vətəndaş kimi qayıtmasıdır. Bu işdə penitensiar müəssisələrdə tərbiyə işinin təşkilinin əhəmiyyəti böyükdür.

Müşavirədə tərbiyə işinin təşkili sahəsində nöqsan və çatışmazlıqlar şəxsi heyətin nəzərinə çatdırılmışdır. Bu sahədə səmərəliliyin artırılması, şəffaflığın və obyektivliyin təmin olunması məqsədi ilə vaxtından əvvəl şərti azad olunma və cəzaçəkmə müəssisəsinin növünün yüngülləşdirilməsi zamanı Penitensiar Xidmətin müvafiq əməkdaşları tərəfindən kollegiallığa əsaslanan, Almaniya və digər qabaqcıl ölkələrin təcrübəsindən yararlanmağın məqsədəmüvafiqliyi vurğulanıb.


Teqlər:





Xəbər lenti