Hərbçilərin dəfni ilə bağlı xüsusi qaydalar hazırlanır
Qaydalarda xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili ilə bağlı məsələlər əksini tapacaq.
Qeyd edək ki, indiyədək xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimləri bəzi hallar istisna olmaqla, adi qaydada təşkil olunub.
Qaydalar təsdiq olunandan sonra dəfn mərasimlərində iştirak etmək üçün qarnizonlarda xüsusi bölmələr hazırlanacaq. Əsgərlərin və qadın hərbçilərin də yer alacağı bu bölmələr dəfn mərasimlərində müəyyən edilən xüsusi ritualları təşkil edəcək. Dəfn və bununla bağlı xərclərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Qaydaların hazırlanmasında Türkiyə Silahlı Qüvvələrinin analoji təcrübəsindən istifadə olunub.
Teqlər: