Milli Məclisin qış tətili fevralın 1-də bitəcək

Milli Məclisin qış tətili fevralın 1-də bitəcək
  24 Dekabr 2013    Oxunub:1178
Milli Məclisin yaz sessiyasının vaxtı məlum olub.

Bu barədə AzVision.az-a parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, yaz sessiyası gələn ilin fevralın1-də öz işinə başlayacaq.

A.Təvəkküloğlu həmçinin qeyd edib ki, dekabrın 27-də keçiriləcək plenar iclas parlamentin payız sessiyasının son iclasıdır, bununla da Milli Məclis qış tətilinə çıxacaq:

“Dekabrın 27-i payız sessiyasının son iclasıdır. Yanvar ayı deputatların tətil ayıdır. Növbəti iclas isə fevralın 1-də olacaq. Bununla da yaz sessiyası başlayacaq”.

Qeyd edək ki, Milli Məclisin son iclası dekabrın 27-də keçiriləcək.
İclasda 29 məsələ müzakirə olunacaq.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti