Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı

Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı
  25 Dekabr 2013    Oxunub:1321
Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub.
Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ukrayna Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Yanukoviçə minnətdarlığını bildirib.

Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, Azərbaycan Prezidentinin Ukraynaya bu ilin noyabrında həyata keçirilmiş səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub və əməkdaşlığımızın bundan sonra da güclənəcəyinə əminliyini bildirib.


Teqlər:





Xəbər lenti