Kəbirə Məmmədova “Binə”də görüş keçirir- ÖZƏL
AzVision.az-ın məlumatına görə, sahibkarlar K.Məmmədovanın ofisinin qarşısında toplanıblar, hələki onların içəri daxil olmasına icazə verilmir. Küllü miqdarda ziyana düşdüklərini deyən mağaza sahibləri K.Məmmədovanın hadisəyə görə cavab verməsini tələb edirlər.
Qeyd edək ki, ötən gün axşam saatlarına “Binə” Ticarət Mərkəzində güclü yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, yanğın zamanı 45 mağazaya ziyan dəyib.
Ümumilikdə isə hadisə ilə əlaqədar sahibkarlarə dəyən ziyanın ümumi məbləği açıqlanmır.
Şəhanə Rəhimli