“El” İbrahimbəyovun istefasını qınadı

“El” İbrahimbəyovun istefasını qınadı
  27 Dekabr 2013    Oxunub:944
“Rüstəm İbrahimbəyovun istefasını təəssüflə qarşıladım. Çünki mən son sessiyadakı çıxışımda onun ən azı fəxr sədr vəzifəsində qalmasını təklif etmişdim və hesab edirdim ki, o, bu addımı atmamalı idi”.
Bu fikirləri AzVision.az-a açıqlamasında “EL” hərəkatının sədr müavini Zəfər Quliyev Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən istefasına münasibət bildirərkən deyib.

Z.Quliyev hesab edir ki, R.İbrahimbəyov tələm-tələsik qərar verib: “Hesab edirəm ki, Rüstəm İbrahimbəyov tələsik qərar verib. Ona görə ki, onun fəxri sədrlikdən istefası hələlik heç nəyi dəyişmədi. Fəxri sədr özü fəxri status idi, real səlahiyyətlərə malik status deyildi. Onun istefasını açıq elan etməyi yeni problemlər, suallar yaradır. Vəziyyəti ciddi şəkildə dəyişmir”.

Sədr müavini hərəkatın həmtəsisçilərindən Eldəniz Quliyevin Milli Şuradan çıxmasına da reaksiya verib. Qeyd edib ki, bu, hələlik sadəcə istəkdir:

“İstefa qərarı hələlik istəkdir. O, mənlə söhbətində də bildirib ki, Milli Şuradakı bəzi məsələlər onu nartahat edir və hadisələrin gedişindən asılı olaraq növbəti sessiyada o, mövqeyini dəqiqləşdirəcək. Milli Şurada yaranmış vəziyyət bizim çoxlarımızı narahat edir. Hesab edirik daha aydın, daha demorkatik şərait yaradılmalıdır”.

Z. Quliyev özü isə hələ ki, Milli Şuradan istefa etmək haqqında düşünmür.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti