Gəncəli gənclər şəhərin mərkəzi meydanında bir araya gələrək, “Avropa Gənclər paytaxtı 2016” yazısını flashmob ediblər. Bundan sonra gənclər meydan boyu milli rəqslər oynayıb, “Yallı” gedib, əyləncələr keçiriblər. Onların yüksək əhval-ruhiyyədə və coşqu ilə axşamadək davam edən möhtəşəm şənlikləri meydana toplaşan bütün şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanıb.
Gənclərin qalibiyyət şənliklərini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ali məktəb rektorları, müəssisə və təşkilat rəhbərləri maraqla müşahidə ediblər.
“Gəncə gəncləri bu gün möhtəşəm qələbənin qürurunu yaşayırlar. Bu şəhər həqiqətən də gənclər mərkəzi olduğunu isbatladı. Gəncə Azərbaycan gənclərinin döyünən ürəyidir”-bu sözləri Bakı şəhərindən gələn Gənclər təşkilatlarının sədrləri söyləyiblər.