“Müsavat çıxsa da Milli Şura dağılmayacaq” – Cəmil Həsənli

“Müsavat çıxsa da Milli Şura dağılmayacaq” – Cəmil Həsənli
  29 Dekabr 2013    Oxunub:1132
“Müsavatın Milli Şurada çıxması üçün yetərli əsaslar yoxdur”
Milli Şura sədri Cəmil Həsənli Müsavat Partiyasının bu qurumdan çıxacağı ilə bağlı iddailara münasibət bildirib.

O, AzVision.az-a açıqlamasında Müsavat Partiyasınn qərarından xəbərsiz olduğunu deyib.

Cəmil Həsənli həmçinin qeyd edib ki,Müsavat çıxmaq qərar versə də Milli Şura dağılmayacaq: “Biz arzulamırıq ki, Müsavat Milli Şuranı tərk etsin. Amma Milli Şuranı tərk etmək həddinə çatsa da Milli Şura dağılmayacaq”.

C.Həsənli vurğulayıb ki, Müsavatın Milli Şuradan çıxmağı üçün əsas yoxdur:

“Biz gözləmirik və düşünmürük ki, Müsavat Milli Şuradan çıxacaq. Çünki bunun üçün yetərli əsaslar yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti