2013-də idmançılarımız 782 medal qazanıb

2013-də idmançılarımız 782 medal qazanıb
  30 Dekabr 2013    Oxunub:4624
2013-cü ildə Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda 782 medal qazanıblar.
2013-cü ildə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında Azərbaycan idmançıları 280 qızıl, 233 gümüş və 269 bürünc ümumilikdə isə 782 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, bunlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486 medal (179 qızıl, 159 gümüş, 148 bürünc) isə qeyri-Olimpiya idman növlərindən əldə olunub.

Qeyd edək ki, 2012-ci ildə idmançılarımız 735 medala (255 qızıl, 244 gümüş, 236 bürünc) sahib olmuşdular.


Teqlər:  





Xəbər lenti