“Babatam, amma səsim tam açılmayıb” – Rafiq Hüseynov
“Hələ ki, müalicələrim davam edir. Babatam, səsim tam açılmayıb, həkimlər deyir ki, bir aya səlis danışa biləcəm”- deyə R. Hüseynov qeyd edib.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 10-də Türkiyədə əməliyyat olunub. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Şahanə RƏHİMLİ