“El”-dən Milli Şura və Müsavata sərt tənqid

“El”-dən Milli Şura və Müsavata sərt tənqid
  07 Yanvar 2014    Oxunub:1164
“Müsavatın bu qərarına təəssüflənirəm. Milli Şurada artıq o qədər də sağlam atmosfer hiss olunmur”.
Bunu AzVision.az-a açıqlamasında “EL” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev Müsavat partiyasının Milli Şuradan çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə qurumdakı istefalara səbəb Milli Şuranın fəaliyyətinin zəif olması ilə bağlıdır:

“Bir çox məsələlər var ki, Milli Şuradakı bəzi fərdləri, partiyaları narazı salır. Bu da əsas ondan irəli gəlir ki, Milli Şuranın əvvəlki dövründə demək olar ki, hər 2-3 gündən bir geniş müzakirələr gedirdi. Bütün məsələlər şəffaf, açıq şəkildə Milli Şuranın həm partiya üzvləri, həm də partiyada təmsil olunmayan üzvlərinin iştirakı ilə müzakirə olunurdu. Sessiyaya çıxarılan məsələlərə əvvəlcədən geniş tərkibdə baxılırıdı və demək olar ki, əvvəllki dövrdə hər bir irada geniş müsakirədən sonra xeyli vaxt sərf olunurdu. Əsas o idi ki, Milli Şurada təmsil olunan bütün siyasi təşkilatlar, ictimai təşkilatlar bir-birlərinin möveyi ilə hesablaşırdılar. Müzakirələrdə iştirak edənlər ki, çalışırdılar ki, kompromisə gəlsinlər”.

Z.Quliyev deyib ki, noyabr-dekabr aylarında Milli Şuranın cəmi bir dəfə sessiyası keçirilib. “İndiki sessiyalararası keçirilən müzakirələr şəffaf keçirilmir. Ona görə də bir çox məsələlər Milli Şuranın üzvləri, hətta qurumda təmsil olunan partiyalar qəbul olunan qərarları sonda bilirlər. Prosesin özündə aktiv iştirak etmirlər. Bu vəziyyət də istər-istəməz narazılığın artmasına gətirib çıxardır”.

Şura üzvü Müsavat partiaysının istefasını Milli Şurada hazırda hökm sürən ayrı-seçkiliklə bağlayıb: “Müsavat partiyasının bu qərarın da konkret səbəblərdən savayı, Milli Şuradakı indiki atmosfer də təsir edir. Indiki Milli Şura əvvəlki Milli Şuraya bənzəmir. Müsavat partiyasının irəli sürdüyü təkliflər, mövzular ya eşidilmir, ya geniş müzakirə olunmur. O cümlədən, başqa təşkilatların, El hərəkatının da böyük iradları var. Hesab edirəm ki, Milli Şura da ciddi dəyişikliklər qısa müddətdə baş verməsə, bu təşkilatda böhranlı vəziyyət davam edə bilər, hətta dərinləşə bilər”.

Qeyd edək ki, Müsavat partiyası ötən gün keçirdiyi iclasda Milli Şuradan çıxması ilə bağlı qərar qəbul edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti