AXCP və Müsavat üzvləri qırğına çıxdı
“Müsavat Milli Şuradan AXCP-yə görə getməyib. 2005-ci ildə “Azadlıq” blokundan Müsavat gedəndə nə facebook var idi, nə də Cəbhə-Müsavat qırğını. 2005-ci ildə 4-5 mandata görə “Azadlıq” blokundan getdilər. İndi də gedənə qədər Rəsul Quliyev, Lalə Şövkət, Rüstəm İbrahimbəyovun fəxri sədrliyi bəhanələri oldu. Bütün bu bəhanələr aradan qalxdı. Yaxşı indi niyə gedirlər? Bəlkə KXCP, NİDA-da AXCP-yə görə Müsavatın əməkdaşlıq təklifinə yox deyib? Bəlkə Yeganə Hacıyeva da Müsavatdan bizə görə gedib? Müsavatın birlikdən qaçmasını AXCP ilə əlaqələndirənləri, "cütlük", "qırğın" kəlmələri ilə ifadə edənlər emosional hisslərin əsiri olublar”-deyə AXCP rəsmisi qeyd edib.
Fatimə Kərimli
Teqlər: