AXCP-dən Müsavata daha bir zərbə
“Çünki Milli Şura mübarizə aparan demokratik qüvvələrin ən uğurlu birliyi, koalisiyası idi. Milli Şuranın hədəfləri, siyasi kursu, fəaliyyəti, rəhbərliyi ilə bağlı ortada hər hansı ziddiyyətlərin olmadığı, Müsavat Partiyasının bu qurumu tərk etməsi üçün hər hansı əsas və səbəb olmadığı bir şəraitdə Müsavatın belə bir qərar qəbul etməsi onu göstərir ki, partiya siyasi kursunu dəyişir. Partiya rəhbərliyində olan şəxslər özəl, korporativ maraqlarına görə Milli Şuradan çıxmaqla partiyanın siyasi kursunu dəyişməklə bağlı qərar verdilər. Bu o deməkdir ki, görünür 2015-ci ildə keçiriləcək parlament seçkilərində Müsavat rəhbərliyinə bir neçə mandat vəd olunub və bunun müqabilində onların qarşısında Milli Şuranı tərk etmək şərti qoyulub. Bu gün Müsavat Partiyası bəhanə gətirərək həmin qərarı həyata keçirdi”.
AzVision.az