Aydın Mirzəzadəni kədənləndirən ana ölümü
AzVision.az xəbər verir ki, millət vəkili bu barədə öz facebook səhifəsində ananın ölümündən kədərləndiyini yazıb:
“Ötən ilin 28 dekabrda Mingəçevirdə ağır doğuşdan sonra, komaya düşən Esmira xanım Ocaqverdiyevə bu gecə özünə gəlmədən dünyasını dəyişib.
Doğuş zamanı iki litrdən çox qan itirən gənc qadın dərin qadın komaya düşmüşdü.
Xəstənin müalicəsi üçün Bakı şəhərindən təcrübəli reanimatoloq göndərilmişdi. Onun sağalması üçün mümkün tədbirlər görülsə də həyatını qurtarmaq mümkün olmadı.
34 yaşlı Esmira xanımın 3 yaşında bir oğlu qalıb. Qaynanası onu çox yaxşı gəlin kimi xarakterizə edirdi.
Çox pis oldum. Allah rəhmət eləsin”.
Teqlər: