2 millət vəkili xaricə müalicəyə gedib - ÖZƏL

2 millət vəkili xaricə müalicəyə gedib - ÖZƏL
  09 Yanvar 2014    Oxunub:1036
Milli Məclisin iki deputatı müalicə almaq üçün xaricə yollanıb. Deputat Çingiz Qənizadənin köməkçisi AzVision.az-a açıqlamasında millət vəkilinin səhhətində olan problemlərlə əlaqədar hazırda xaricdə müalicə olunduğunu deyib.

“Çingiz müəllim Bakıda yoxdur. Profilaktik müalicə ilə bağlı xaricə gedib. Ayın 18-dən sonra Bakıya qayıdacaq”.

Deputat köməkçisi Ç.Qənizadənin hansı xəstəlikdən müalicə aldığından xəbərsiz olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov da xaricdə müalicə alır. Bu barədə saytımıza millət vəkilinin özü məlumat verib. Deputat narahatçılığa əsas olmadığını deyib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti