“Tofiq Yabuqlu Müsavata görə pərt olub”

“Tofiq Yabuqlu Müsavata görə pərt olub”
  09 Yanvar 2014    Oxunub:1408
“Elə təəsürat yaradılmağa çalışılır ki, guya ki, AXCP ilə müsavat arasında partiya maraqlarından qaynaqlanan konflikt yaşanır. Anacaq əslində isə belə deyil”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib.

O bildirib ki, hazırkı polemikalar Müsavat partiyası ilə Milli Şuraya daxil olan tanınmış ziyalılarla, cəmiyyətin MŞ üzvü olmayan nüfuzlu şəxsləri arsında gedir:

“Hətta Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu, hörmətli ziyalılarımız Eldəniz Quliyev, Aslan İsmayılov,Mehman Əliyev, Gültəkin Hacıbəyli, Rəşid Hacılı, Şahvələd Çobanoğlu vəs. tanaınmış şəxslər Müsavatın Milli Şuranı tərk etməsini doğru addım saymadıqlarını bildiriblər. Hətta Tofiq Yaqublu Müsavatın bu addımından üzüldüyünü və pərt olduğunu bildrb. Bütün bunları görməzlikdən gəlib sadəcə bu polemikalrda fikir bildirən AXCP-funksionerlərini hədəf almaqla Müsavatın yanlş addımının cəmiyyət tərəfindən qınanılmasını ört basdır etməyə çalışırlar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti